SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin köhnə ərazisi Milli Gimnastika Arenasına təhvil veriləcək

26-09-2019, 15:09

Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub. Ötən gün açılışı olmuş yeni NMM-in bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.

Xatırladaq ki, yeni “Koroğlu” NMM ümumilikdə 3 hektar ərazidə yerləşir. Mərkəz Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 30-dan çox marşrut xəttini özündə cəmləşdirəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930