SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dizəlilərin əsas gəlir mənbəyi üzümçülükdür

Dizəlilərin əsas gəlir mənbəyi üzümçülükdür
21-09-2019, 10:30

Muxtar respublikamızda həyata keçirilən uğurlu iqtisadi islahatlar insanların rifah halını yüksəltməklə yanaşı, onların yaxşı yaşamasına da önəmli təsir göstərir. Bu mənada kənd təsərrüfatının inkişafı məqsədi ilə həyata keçirilən müxtəlif islahatlar son nəticədə məhsul istehsalını gücləndirir, daxili bazarda bolluq və ucuzluq yaradır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması təsərrüfat adamlarını ruhlandırmış, onların daha çox məhsul istehsal etməsinə səylərinin artırılmasına, maraqlarının güclənməsinə stimul vermişdir. Bu günlərdə yolum rayonumuzdakı meyvə-tərəvəz bazarına düşmüşdü. Bazarda bolluq və ucuzluq olması alıcıların zövqünü oxşayırdı. Piştaxtaların üzərində səliqə ilə meyvə və tərəvəz düzülmüşdü. Alıcılar göz yetirib meyvələrin daha yaxşısını almaq istəyirdilər. Mənim diqqətimi piştaxtanın üzərinə düzülmüş qırmızı kişmişi üzümü alan alıcı cəlb etdi.
Üzüm salxımlarını zövqlə süzərək bir-bir götürüb paketə yığan alıcı,- əhsən bu meyvəni becərən insanlara, halal olsun!- dedi. Mən də piştaxtaya yaxınlaşdım. Doğrudan da, üzüm gilələrisanki mirvari dənələrinə bənzəyirdi. Kəhrəba salxımlar göz oxşayırdı.
Üzümçülük bizim əsas məşguliyyətimiz olub. Muxtar respublikasımızda 2019-cu ilin “Ailə təsərrüfatları” ili elan olunması bizi daha da yaxşı işləməyə, məhsul bolluğu yaratmağa imkan yaradıb.
Bu il bağımızda bol məhsul var- deyən Dizənin təsərrüfat adamı Abbas Tağıyev bildirdi ki, bazarda üzüm satanların çoxu Dizənin təsərrüfat adamlarıdır.
Dizə üzümü şirin olduğu üçün bazarda alıcılar bu məhsula daha çox maraq göstərir. Dizə kəndində ata-babalarımız qədimdən üzümçülüklə məşğul olmuşlar. Ümmumiyyətlə, üzüm tənəyi quraqlığa davamlı olduğundan və istilik tələb etdiyindən bizim yerlər üçün daha əlverişlidir. Məhz buna görə də ata-babalarımız kənddə üzümçülüyə xüsusi diqqət yetirmiş, bu gəlirli sahəni ildən-ilə artırmışlar. Mən də ata-babalarımızın yolunu davam etdirirəm. Pay torpağımda 0,5 hektar sahədə üzüm bağı salmışam. İndi bağ ərsəyə gəlib, bol məhsul becərmişəm.
Abbas Tağıyevdən bir qədər aralı piştaxta üzərində müxtəlif nov süfrə üzümü düzüb satan Cavanşir Babayevlə görüşürəm.Bir neçə gündür ki, bazara üzüm çıxarıram-deyərək iri üzüm salxımlarınısəliqə ilə piştaxtanın üzərinə düzən Cavanşir Babayev alıcılarını yola salır və sonra yenidən söhbətinə davam edir.
Alıcıların hamısı üzümün dadından və keyfiyyətindən razılıq edirlər. Son illər həyətyanısahələrdə becərdiyim üzümlərin növlərinidə çoxaltmışam.
Qara şam, kişmişi, əsgəri, xanımbarmağı, nüsrət, sahabı, çəhrayı tayfı kimi süfrə üzümlərini bazara çıxarmışam. Məhsulumun bir hissəsindən kişmiş və mövüz hazırlaycağam. Üzümdən doşab və sirkə də hazırlayırıq. Daxili bazarlarda bu məhsullara tələb çox olur. Bu məhsullardan məişətdə geniş istifadə olunur. Üzüm sirkəsi alınması üsulu xeyli asan olub, üzümçülüklə məşğul olanlar arasında geniş yayılmışdır. Bunun üçün yetişmiş üzüm giləsi salxımı ilə birlikdə əzilir, emallı qablara və ya küpələrə tökülür. Və bir müddətsərin yerdə saxlanılır, qıcqırması üçün küpün içinə dəmir parçası, çörək, kömür və sair atılır ki, bu da mayenin şəraba çevrilməsinin qarşısını alır. Qaba və küpə qoyulmuş şirə arabir qarışdırılır. Qabdakı üzüm şirəsinin qıcqırması dayandıqda sirkə süzgəcdən keçirilərək süzülür.
Bəs üzüm doşabını necə hazırlayırlar? –deyə bazarda üzüm satan satıcı qadından soruşuram. O deyir: üzümdən doşab hazırlamaq üçün yetişmiş üzümü əzib şirəsini çıxarır, alınmışşirəyə az miqdarda tut ağacının külü vəya təmiz sarı torpaq qatılır. Bu zaman qatılan torpaq və ya kül şirənin tərkibini dəyişdirir və tueşuluğunu artırır. Bundan sonra alınan şirəni süzgəcdən keçirərək, şirəni ocağın və ya odun üzərinə qoyub yarısı qalana qədər qaynadırıq. Sonra doşab olur. Alınan doşabı küpələrə və ya şüşə qablara doldururuq. Bazarda bu məhsula həmişəb tələb var. Bu məhsuldan hazırlanan yeməklər və ya şirniyyatlar hər vaxt süfrələrimizin bəzəyinə çevrilir.
Hüseyn Əliyevi Dizədə hamı işgüzar adam kimi tanıyır. Üzüm məhsullarının dilini yaxşı bilən Hüseyn Əliyev deyir ki, dədə-babalardan üzümdən kişmiş və mövüz hazırlamaq üçün çöllərdə bitən rəci və ya qarağat bitkisindən istifadə olunur. Bu bitkilərdən hazırlanmış mövüz və kişmiş daha keyfiyyətli və dadlı olur. Bu bitkiləri əvvəlcə biçib quruduruq.
Sonra onu nisbətən küləkli havada yavaş-yavaş yandırırıq. Həmin kolların yanığı əriyib daşlaşır. Bu daşlara el arasında “qəylədaşı” deyirlər. Sonra bu daşları əzib suda həll edirik. Daşdan hazırlanmış məhsula “təzov” deyillər. Bu suyu müxtəlif dəmir qablara doldurub durulana qədər gözləyirik. Durulmuş “təzov”u iri bir dəmir qazana süzüb ocaqda qaynadırıq. Təzov qaynayan vaxt üzümü altı deşik-deşik olan vedrələrdə qazanın içinə salırıq. Üzüm gilələrinin üzərində yozuqlar əmələ gələndə vedrəni qazandan çıxarıb içindəki üzümü gün altına səririk. Iki-üç gündən sonra üzüm gilələri quruyur və onları saplaqlardan ayırıb yığırıq.
Çox vaxt tayfı, xanımbarmağı, hənəqırna, çəhrayı tayfı, və sair üzüm sortlarından mövüz də bişiririk. Onu da qeyd edim ki, üzümdən mürəbbə də hazırlanır ki, bu da çay süfrələrində öz dadı və tamı ilə seçilir.
Mürəbbə bişirmək üçün sarı kişmişi, bəzi hallarda qırmızı kişmişi üzümündən istifadə etmək məsləhətdir.
Muxtar respublikamızda “Ailə təsərrüfatı” ili elan olunması təsərüfatın müxtəlif sahələrini, o cümlədən üzümçülüyün inkişafı üçün zəmin yaradır.
Bu gəlirli sahənin inkişaf etdirilməsi, üzümdən müxtəlif çeşitdə məhsulların harzırlanması daxili bazarda bolluq yaratmaqla yanaşı, insanların gün güzəranını da yaxşılaşdırır. Ona görə də torpağın nəyə qadir olduğunu bilən təsərrüfat adamları onun hər qarışını alın təri ilə suvarıb bol məhsul götürmək üçün səylərini artırırlar.


Ə.ƏHMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031