SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dəmir yolunda hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir

Dəmir yolunda hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir
20-09-2019, 15:45

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması bu xəttə daxil olan digər qurğu və mexanizmlərin, eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yenidən qurulması zərurətini ortaya qoyub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Hazırda bu istiqamətdə əsaslı layihələr həyata keçirilir ki, bu da hərəkət sistemi ilə sırf əlaqəli olan təsərrüfat sahələrini əhatə edir.

Xəbər verdiyimiz kimi, avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Qısa müddət ərzində 39 ədəd yoldəyişən qurğunu təzələməyə nail olan yol təsərrüfatı işçiləri bu gün Poylu stansiyasında 9 ədəd yeni qurğunun qoyuluşunu həyata keçirirlər. Eyni zamanda Dəllər stansiyasında da 10 ədəd yoldəyişənin təzələnməsi prosesi davam etdirilir. Dəmir yolunun daxili imkanları hesabına reallaşan bu işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələrinin kollektivləri icra edirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031