SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Google” bərpa olunan enerji sahəsinə ən böyük sərmayə qoyduğunu elan edib

“Google” bərpa olunan enerji sahəsinə ən böyük sərmayə qoyduğunu elan edib
20-09-2019, 15:00

“Google” şirkəti qlobal əməliyyatları üçün bərpa olunan enerji satın almaq üçün tarixində ən böyük sərmayə qoyduqlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Sundar Piçai Helsinkidə Finlandiyanın Baş naziri Antti Rinne ilə birgə mətbuat konfransı zamanı bildirib.

“2017-ci ildə qlobal əməliyyatlarımızın 100 faiz bərpa olunan enerji hesabına həyata keçirilməsinə nail olmuşuq. Bu həftə bərpa olunan enerjinin tariximizdən iri həcmdə satın alışını həyata keçirmişik və həmin həcmin yarısı qədəri Avropada 10 yeni enerji layihəsi vasitəsilə istehsal ediləcək. İmzalanan müqavilələrin bəhrəsi Avropa İttifaqının yeni enerji infrastrukturuna milyard avrodan çox məbləğdə sərmayələr olacaq”, – şirkət rəhbəri deyib.

O, adıçəkilən layihələrdən 5-nin Danimarkada, 2-nin Finlandiya və İsveçdə, 1-nin isə Belçikada olacağını qeyd edib: “Finlandiyada külək enerjisinə dair iki layihəmiz 225 mVt həcmində enerji istehsal edəcək”.

Bununla yanaşı, növbəti iki ildə “Google”nin Avropadakı data mərkəzlərinə 3 milyard avroluq sərmayə qoyacağı, bununla da Avropanın internet infrastrukturuna 2007-ci ildən məcmu sərmayələrini 15 milyard avroya çatdıracağı da diqqətə çatdırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031