SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sumqayıtda təkər istehsal edəcək zavodun tikintisinə hazırlıq gedir

Sumqayıtda təkər istehsal edəcək zavodun tikintisinə hazırlıq gedir
20-09-2019, 12:40

“Gələn ilin əvvələrində Azərbaycan və Çin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini (təkər) istehsalı zavodunun tikintisinə başlayacaq”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.

Xatrladaq ki, 2017-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Azərbaycanda avtomobil şini istehsalı zavodunun tikintisinə 300 milyon ABŞ dolları investisiya qoyulacağı Layihədə Çin tərəfi 90%, Azərbaycan tərəfi isə 10% paya malik olacaq. Zavodun istehsal gücü ildə 3,3 milyon ədəd təşkil edəcək. Bunun 3 milyon ədədi minik avtomobili, 300 mini isə yük avtomobili üçün istehsal olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031