SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakının əksər hissəsini işıqla təmin edən 220 kV-luq yarımstansiyalar yenidən qurulur

Bakının əksər hissəsini işıqla təmin edən 220 kV-luq yarımstansiyalar yenidən qurulur
19-09-2019, 12:40

Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan və paytaxtdakı 110 kilovoltluq yarımstansiyaların əksəriyyətini enerji ilə təmin edən 220 kilovoltluq “Müşfiq” və “Xırdalan” yarımstansiyaları “Azərenerji” ASC tərəfindən yenidən qurulur və enerji təchizatında fasilə yaranmaması üçün işlər xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, Badamdar qəsəbəsində yerləşən və 1987-ci ildə tikildiyindən istismar müddətini keçən “Müşfiq” yarımstansiyasında bölmələr, portallar, şinlər, cərəyan transformatorları, ildırımötürücü avadanlıqlar, bir sözlə açıq və qapalı paylayıcı qurğular yenilənib: “Yarımstansiyada köhnə idarəetmə binası əsaslı təmir edilib və yeni inzibati bina tikilib. Yarımstansiyanın idarəetməsi yeni binaya keçirilib və mini SCADA yenidən qurulub. Ümumilikdə “Müşfiq” yarımstansiyasında texniki işlər başa çatıb, hazırda ərazidə abadlaşdırma işləri aparılır”.

O bildirib ki, 1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan” yarımstansiyasında isə əsaslı tikinti, yenidənqurma və təmir işləri hazırda da davam edir: “Yarımstansiyada açıq və qapalı paylayıcı qurğular yenidən qurulur, kohnə avadanlıqlar yeniləri ilə əvəz edilir. Yarımstansiyada ikimərtəbəli inzibati bina tikilir. Burada müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin 50 faizi artıq başa çatıb və bir neçə aydan sonra yenidənqurma işləri tamamlanacaq”.

Qeyd edək ki, qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üşün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930