SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
16-09-2019, 18:56

Sentyabrın 28-29-u Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək.


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, festivalın açılışı sentyabrın 28-i saat 11:00-da olacaq. Festivalda 300-dən çox arıçının iştirakı gözlənilir.

“Arıçılıq məhsulları - bal festivalı” Naxçıvanda artıq 4-cü dəfədir təşkil olunur. Bu günədək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar”, “Milli geyimlər” kimi festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və xarici turist izləyib.

Təmiz havası və zəngin bitki örtüyü olan Naxçıvanda hələ qədim zamanlardan arıçılıq geniş yayılıb. Bu gün də bu sahə dövlətin dəstəyi ilə inkişaf etdirilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031