SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan xam neft ixracını 7,6% artırıb

Azərbaycan xam neft ixracını 7,6% artırıb
16-09-2019, 16:45

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 21 452 779,53 ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 10 458 785,48 min ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayında ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 7,6% çox, dəyəri isə 0,33% az olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 77,36% təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031