SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan avtomobil idxalını 90% artırıb

Azərbaycan avtomobil idxalını 90% artırıb
16-09-2019, 16:28

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 661 ədəd və yaxud 90% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 146 ədəd və ya 2,5 dəfə artaraq 246 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 11 563 ədəd və ya 92% artaraq 24 088 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 938 ədəd və ya 69,8% artaraq 2 262 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22 ədəd və ya 28,6% artaraq 99 ədəd olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031