SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31%-dən çox azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31%-dən çox azalıb
16-09-2019, 17:18

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22 901,835 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Xarici ticarət dövriyyəsinin 59%-i və yaxud 13 519,907 milyon dolları ixracın, 41%-i və yaxud 9 381,929 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixracın dəyəri 5% və yaxud 639,963 milyon dollar, idxalın dəyəri isə 36,7% və yaxud 2 518,477 milyon dollar artıb.

Son nəticədə xarici ticarət dövriyyəsində 1 878,514 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,2% azdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031