SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan uçot dərəcəsinə görə dünyada 38-cidir

Azərbaycan uçot dərəcəsinə görə dünyada 38-cidir
16-09-2019, 15:41

Azərbaycan Mərkəzi Bankın tətbiq etdiyi uçot dərəcəsinin (hazırda 8%-dir) aşağı həddinə görə dünyada 38-cidir.

NAXCİVANXEBERLERİ.COM bu barədə türk mətbuatına istinadən xəbər verir.

Siyahıya sondan liderliyi iqtisadi böhran yaşayan Argentina edir. Bu ölkədə uçot dərəcəsi 86%-dir. Sondan 2-ci yerdə 50%-lik göstərici ilə Zimbabve, sondan 3-cü yerdə isə 27,9%-lik göstərici ilə Venesuela qərarlaşıb.

Avrozonaya daxil olan 21 ölkədə uçot dərəcəsi 0% olduğu halda bəzi ölkələrdə mənfidir. Məsələn, uçot dərəcəsi Yaponiyada -0,1%, İsveçdə -0,25%, Danimarka -0,65%, İsveçrədə isə -0,75%-dir.

Azərbaycan siyahıda Qazaxıstan, Ukrayna, Özbəkistan, Belarus, Türkiyə və İranı qabaqlayıb, Meksika ilə eyni yeri bölüşüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031