SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Saudi Aramco” neft tədarükünü bərpa edib

“Saudi Aramco” neft tədarükünü bərpa edib
16-09-2019, 14:30

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti istirahət günlərində müəssisələrində törədilən hücumlar nəticəsində yaranan fasilələrdən sonra neft tədarükünü bərpa etdiklərini açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Neft Tədarükü Planlaşdırması Mərkəzinin (Oil Supply Planning ənd Scheduling, OSPAS) bildirişində göstərilib.

Mənbələrin bildirdiyinə görə, neftin tankerlərə vurulması da normal şəkildə gedir.

Xatırladaq ki, dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərində şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 milyon barellik gündəlik hasilat həcmini 5,7 milyon barelədək azaltdıqlarını açıqlayıb.

“Saudi Aramcı” şirkətinin müəssisələrinə dron hücumunun məsuliyyətini Yəməndəki Husi üsyançıları üzərlərinə götürsələr də, ABŞ-ın dövlət katibi Maykl Pompeo bununla bağlı İran hökumətini ittiham edib. İran XİN-i isə M.Pompeonun bəyanatının yalan olduğunu açıqlayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031