SON DƏQİQƏ

naxcivanxeberleri.com

DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq

DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq
12-09-2019, 14:39

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bununla əlaqədar DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni təsdiq edib.

NK-nın qərarı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri” təsdiq edilib.

NK qərarında Maliyyə Nazirliyinə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməsini tapşırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artırılması ilə əlaqədar olaraq DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək Pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən Hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin edəcək.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30