SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
12-09-2019, 14:00

Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satış xidməti keçirilir.

NAXCİVANXEBERLERİ.COM Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Növbəti satış xidməti sentyabr ayının 13-də Gədəbəyin Saratovka kəndində, 14-də isə Samux rayonunun Poylu kəndində həyata keçiriləcək.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30