SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər

Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər
12-09-2019, 13:30

Bakı metrosunda şərti adı “B3” olan stansiyasının açılışı yubana bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə deyib.

O bildirib ki, “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin şərti adı "B3" olan stansiyada tikintisində tamamlanma işləri davam edir: “Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər daha başqa təbii və geoloji problemlər yaranmazsa gələn il stansiyanın açılışı gözlənilə bilər".

Qeyd edək ki, şərti adı "B3" olan və Bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir. Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30