SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakı metrosu gələn il yeni qatarlar alacaq

Bakı metrosu gələn il yeni qatarlar alacaq
12-09-2019, 13:09

“Bakı Metropoliteni” QSC-i gələn il yeni qatarlar alacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə deyib.

O bildirib ki, istismar müddətinə görə qatarların siyahısına baxıldıqdan sonra gələn il neçə qatarın alınması qərarlaşdırılacaq: “Gələn il üçün yeni qatarların alınması gözlənilir. Sadəcə olaraq hələ alınacaq qatarların sayı bəlli deyil".

Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud 6 qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30