SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda məsafədən bank hesablarının açılması sisteminin təqdimatı keçirilib

Azərbaycanda məsafədən bank hesablarının açılması sisteminin təqdimatı keçirilib
12-09-2019, 10:20

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron bankçılıq mühitinin yaradılması ilə bağlı müəyyən olunan prioritet hədəflərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hazırlayıb və proqram dövlət başçısının 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Dövlət Proqramı çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə tənzimləyici qurum blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihəni fəaliyyət planına uyğun olaraq həyata keçirməkdədir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq, sözügedən layihə çərçivəsində fiziki şəxslər üçün məsafədən cari hesabların açılması funksionallığı tam olaraq işlənib hazırlanıb və ötən gün Palatanın, Vergilər Nazirliyinin, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin və işçi qrupuna daxil edilmiş kredit təşkilatlarının nümayəndələri üçün təşkil edilmiş görüşdə sistemin təqdimatı keçirilib. Görüş zamanı layihə çərçivəsində yaradılmış informasiya resursunun funksional imkanları və mobil tətbiqləri nümayiş etdirilib o cümlədən sistemin gələcək inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaq. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30