SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda arıçılıqla məşğul olan təsərrüfat sahibkarları ilə müşavirə keçirilib

Şahbuz  rayonunda  arıçılıqla məşğul olan təsərrüfat sahibkarları ilə müşavirə keçirilib
11-09-2019, 11:10

Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən Şahbuz rayon Ağbulaq kəndində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşlarının və arıçılıq təsərrüfatı sahibkarlarının iştirakı ilə müşavirə keçirilib.

Naxçıvan Muxtr Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müşavirəni Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Lalə Məmmədli açaraq qeyd etdib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrasına uyğun olaraq, bu sahənin inkişafı dövlət tərəfindən daim dəstəklənərək sahibkarlara kreditlər, pulsuz arı dərmanları verilir. Arı ailələrinin köçürülməsi üçün ərazilər ayrılır, bal süzən dəzgahların və arı pətəklərinin lizinq qaydasında sahibkarlara satılması, arıçılıq məhsullarının satışı üçün təşkil olunan Bal festivalları və yarmarkalar arıçılıqla məşğul olan sahibkarlara stimul verir ki, arıçılığı inkişaf etdirməklə məhsul bolluğu yaradılmasına nail olunsun.

Sonra mövzu ətrafında çıxışlar edilib. Çıxışlarda arıçılığa göstərilən dövlət dəstəyindən, sahibkarlara verilən kreditlər və pulsuz dərman vasitələrinin verilməsindən, bu sahəninin genişləndirilməsindən, bir sıra arı xəstəliklərinin qarşısının alınmasından, yeni iş yerlərinin yaradılmasından, istehsal olunan arıçılıq məhsullarının sertifikatlaşdırılmasından, istehsal olunan məhsulun dövlət rusumu alınmadan sənədləşdirilərək xarici bazara çıxarılmasında danışılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən arıçılıq təsərrüfatlarında görülməsi zəruri olan işlər haqqında hazırlanmış yaddaş kitabçaları sahibkarlara paylanılıb və arıçıları maraqlandıran suallar cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930