SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcək

Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcək
10-09-2019, 14:50

Azərbaycan sahibkarların sentyabrın 12-14-də Bakıda keçiriləcək II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) əl işlərini təqdim edə biləcəklər.

NAXCİVANXEBERLERİ.COM bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, sərgidə KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə xüsusi stend yaradılacaq. Bu stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. sərgilənəcək.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi dəstək göstərir. Bu cür tədbirlər KOB-ların satış imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, ümumilikdə sahibkarlığın inkişafı və təşviqi baxımından əlverişli platformanı təmin edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930