SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana 50 minədək ukraynalı turist gələcək

Azərbaycana 50 minədək ukraynalı turist gələcək
10-09-2019, 14:10

"Bu ilin sonunadək Azərbaycana 50 minədək ukraynalı turist gələcək".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.

“Bakını görmək üçün getdikcə daha çox ukraynalı buraya gəlir. Onların sayı artan xətlə dəyişir, lakin işləməli bəzi məsələlər də var. Səfirliyimiz turizm sahəsini inkişaf etdirmək, Truskavets ilə yanaşı, azərbaycanlı turistləri cəlb edəcək başqa şəhərləri, əraziləri tantdırmaqla bağlı səy göstərəcək”, – diplomat deyib.

O, turist axınının artması ilə təyyarələrin yüklənmə probleminin ortaya çıxdığını vurğulayıb: “Məncə, istər Ukrayna, istərsə də Azərbaycan hava yolları şirkətləri uçuşların sayını artıra bilər”.

Səfir həmçinin vətəndaşları Ukraynada təhsil alan ölkələr arasında Azərbaycanın Top-5-də olduğunu diqqətə çatdırıb: “Bu, uzun illərin ənənəsidir. Çox mühüm və çox xoş ənənədir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930