SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda ötən il gündəlik neft hasilatı 790 min barel olub

Azərbaycanda ötən il gündəlik neft hasilatı 790 min barel olub
9-01-2019, 15:54

Azərbaycanda ötən ilin dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barel olub. Bunun 721 min barelini xam neft, 69 min barelini kondensat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Mətbuat xidməti məlumatı yayıb

Gündəlik 617 min barel xam neft, 69 min barel kondensat, 13,4 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031