SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azər-Türk Bank” ötənilki mənfəətinin 14%-ni dividend ödənişinə yönəldib

“Azər-Türk Bank” ötənilki mənfəətinin 14%-ni dividend ödənişinə yönəldib
9-09-2019, 14:10

“Azər-Türk Bank” ASC 2018-ci ildə əldə etdiyi 2,114 milyon manat xalis mənfəətinin 300 min manatını və yaxud 14,2%-ni dividend ödənişinə yönəldib.

NAXCİVANXEBERLERİ.COM bu barədə Bankın idarəetmə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, dividendlə bağlı qərar “Azər-Türk Bank”ın səhmdarlarının iyunun 13-də keçirilmiş ənənəvi illik yığıncağında qəbul edilib və iyulda icra olunub.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930