SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Buta Airways” Səudiyyə Ərəbistanın iki şəhərinə reys həyata keçirəcək

5-09-2019, 11:45

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways” aviaşirkəti Səudiyyə Ərəbistanın paytaxtı - Ər-Riyada və Dammama şəhərlərinə reyslər həyata keçirəcək.

NAXCİVANXEBERLERİ.COM bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski vurğulayıb ki, sentyabrın 18-dən etibarən Səudiyyə Ərəbistanın paytaxtı - Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri – Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.

Onun sözlərinə görə, yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək: “Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır”.

Xatırladaq ki, “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30