SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qala Həyat Sığorta”nın nizamnamə kapitalı cüzi artırılıb

“Qala Həyat Sığorta”nın nizamnamə kapitalı cüzi artırılıb
4-09-2019, 17:15

“Qala Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 1,3% və yaxud 171,6 min manat artırılaraq 12 870 000 manatdan 13 041 600 manata çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumatda deyilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 860 manat olan 60 yeni səhm buraxılıb. Qiymətli kağızları “Qala Həyat Sığorta”nın hər iki səhmdarı – “AzRe Təkrarsığorta” ASC və “Quna” MMC əldə ediblər. Bununla belə, şirkətdən yeni səhmlərin hansı nisbətdə alındığı barədə açıqlama vermək istəməyiblər.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. İndiyə qədər onun səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta”ya (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna"ya məxsus olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930