SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 8%-ə qədər artıb

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 8%-ə qədər artıb
3-09-2019, 16:43

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 606 996,85 min ABŞ dolları təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 302 919,97 min dollar və ya 23,23% çoxdur. Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 7,76% təşkil edir.

Bu məbləğin 423 234,91 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 36 303,69 min dollar və ya 9,38% azdır. Rusiyanın ixracının Azərbaycanın ümumi ixracdakı payı 3,45% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Rusiyaya 1 183 761,94 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 266 616,28 min dollar və ya 29,07% çoxdur. Rusiyanın idxalının Azərbaycanın ümumi idxaldakı payı 14,04% təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 304 076,88 min dollar təşkil edib. Bu həcmin 386 931,22 min dolları Azərbaycanın ixracının, 917 145,66 min dolları isə Azərbaycanın idxalının payına düşüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031