SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azərenerji” elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

“Azərenerji” elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb
3-09-2019, 12:43

Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.

NAXCİVANXEBERLERİ.COMxəbər verir ki, bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, ötən ay 2,14 milyard kVt/s elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVt/s və ya 10,5% çoxdur.

Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVt/s elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVt/s elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVt/s və ya 2 dəfədən çox artım deməkdir.

Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVt/s elektrik enerjisinin 158,8 milyon kVt/s Gürcüstana ötürülüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031