SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəqəmsal ödənişlərin tətbiqi və nağdsız hesablaşmalar artır

Rəqəmsal ödənişlərin tətbiqi və nağdsız hesablaşmalar artır
1-09-2019, 17:50

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə sabitliyinin qorunmasına, iqtisadi artımın stimullaşdırılmasına, əhalinin kredit resurslarından istifadə imkanlarının genişlənməsinə xidmət edir.
Rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda rayon idarə və müəssisə rəhbərlərinin, hüquqi və fiziki şəxslərin, sahibkarların iştirak etdiyi tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastruktunun yaradılması, əməliyyat həcminin artırılması, əlverişli mühitin yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədi ilə 2013-2015-ci illəri əhatə edən Tədbirlər Planı və 2016-2018-ci illəri əhatə edən Proqramın tətbiqi bu sahədə rayonumuzda mühüm irəliləyişlərin əldə edilməsinə imkan vermişdir.
Nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda çıxış edən rayon Vergilər Şöbəsinin rəisi Qurban Hacıyev qeyd etmişdir ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi də əhalini elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 1 yanvar 2014-cü illə müqayisədə 1 yanvar 2019-cu il tarixə muxtar respublika üzrə nağdsız əməliyyatların aylıq həcmi 12 dəfədən çox artmışdır. Görülmüş işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamına əsasən 2019-2022 –ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram təsdiq olunmuşdur. Nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan yeni proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bildirilmişdir ki, 2014-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən “Nağdsız ödə, hədiyyə qazan” stimullaşdırıcı tədbiri çərçivəsində iyul və dekabr aylarında nağdsız ödənişlərdən fərqlənən muxtar respublika sakinləri müxtəlif növ hədiyyələrlə mükafatlandırılmışdır. Hədiyyə alanlar təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmamış, muxtar respublikanın rayon və kəndlərinin sakinləri də hədiyyələr almışlar. “Nağdsız ödə, hədiyyə qazan” stimullaşdırıcı tədbirin 11-ci tirajında rayon sakinlərindən 69 nəfəri müxtəlif növ hədiyyələr almışlar.
Plastik kartlarla aparılan ödənişlər üzrə Kapital Bank ASC-nin Culfa rayon filialının müdiri Zaur İmanov, Onlayn vasitəsilə nağdsız əməliyyatlar mövzusunda Naxçıvan Bank ASC-nin Culfa rayon filialının müdiri Nail Nağıyev, Rəqəmsal ödəniş xidmətlərinin tətbiqi mövzusunda Kapital Bank ASC-nin səlahiyyətli nümayəndəsi çıxış etmişlər. Qeyd olunmuşdur ki, 2018-ci ilin ilk yeddi ayı ərzində nail olunmuş nəticəni 2019-cu ilin müvafiq dövrü ilə müqayisə edərkən cari ilin rəqəmlərinin daha yüksək olduğu, prosesin durğunlaşmadan, intensiv şəkildə davam etdiyi və artıq əhalidə vərdiş halını alaraq həyat tərzinə çevrildiyi müşahidə olunmaqdadır.
Sonda mövzu ilə bağlı slayd göstərilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.


A.NURMƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031