SON DƏQİQƏ

naxcivanxeberleri.com

2019-cu ilin yanvar-iyul aylarında Culfa rayonunda sosial-iqtisadi inkişaf

2019-cu ilin yanvar-iyul aylarında Culfa rayonunda sosial-iqtisadi inkişaf
1-09-2019, 10:00

2019-cu ilin yanvar-iyul aylarında Culfa rayonunda 4 milyon 335 min 700 manat həcmində sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 0.8 faiz üstələmişdir.

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-iyul aylarında Culfa rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 19 milyon 5 min 400 manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 17 milyon 820 min 600 manatı və ya 93.7 faizi tikinti quraşdırma işlərinin payına düşür.

2019-cu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2 milyon 280 min 200 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz çoxdur. Mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqaisədə 2.2 faiz artaraq 2 milyon 66 min 300 manat olmuşdur.

2019-cu ilin yanvar-iyul aylarında rayonun nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1.2 faiz, sərniş daşınması 0.8 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 2 milyon 445 min 400 manat gəlir əldə edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 2.9 faiz çoxdur.

Cari ilin yanvar-iyul aylarında 34 milyon 404 min 200 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 3.1 faiz üstələmişdir. Bu dövr ərzində rayonda diri çəkidə 2154 ton ət, 7068 ton süd 127 ton yun istehsal edilmiş, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1.4 faiz, süd istehsalı 1.2 faiz, yun istehsalı 1.6 faiz artmışdır.

2019-cu ilin yanvar -iyun aylarıında rayonun iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 427.8 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.9 faiz artmışdır.

1 iyul 2019-cu il tarixə Culfa rayonunda əhalinin sayı bir il öncəyə nisbətdə 322 nəfər artaraq 46 min 879 nəfər olmuşdur.



Rayon Statistika İdarəsi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031