SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan "Boeing 737 MAX-8" təyyarələrin alqısı üzrə sazişə dəyişikliklər edir

Azərbaycan
27-08-2019, 16:09

"Boeing" korporasiyası ilə aparılan danışıqlara əsasən, “Boeing 737 MAX” təyyarələrinin "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) çatdırılması ilə bağlı sazişə dəyişikliklər edilməkdədir.

NAXCİVANXEBERLERİ.COM bu barədə un sorğusunu cavablandırarkən AZAL-ın Mətbuat xidmətindən bildirilib.

AZAL qeyd edib ki, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlaşdırılır: "Sözügedən tarixədək “Boeing 737 MAX”ın texniki imkanlarının və təhlükəsizlik məsələsinin aydın olacağı tam şəkildə bilinəcək".

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.

Hələlik isə, AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək. Şirkət dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.

Xatırladaq ki, dünən "Boeing 737 MAX"ın istismarı 2019-cu ilin IV rübündə bərpa olunması ilə bağlı məlumatlar yayılmışdı. 2018-ci ilin oktyabr ayında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. Bu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.

Bir qədər əvvəl “The Wall Street Journal” “Boeing 737 Max” təyyarələrinin sertifikat verilməsində yeni sınaqlar aparıldığı ilə bağlı istismara 2020-ci ilin əvvəlindən tez olmamaq şərtilə qaytarıla biləcəyini bildirmişdi. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasına görə "Boeing”in itkiləri 4,9 milyard dollar dəyərində qiymətləndirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031