SON DƏQİQƏ

naxcivanxeberleri.com

Südçülüklə məşğul olan ailə təsərrüfatçıları maarifləndirilib

Südçülüklə məşğul olan ailə təsərrüfatçıları maarifləndirilib
25-08-2019, 17:00

Babək rayonunun Kültəpə kəndində Məhəmmədəli Məmmədova məxsus süd emalı müəssisəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə maarifləndirici tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Hümbətov ailə təsərrüfatı ilində sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onlara yaradılan şəraitdən, göstərilən dövlət dəstəyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev “Südçülüklə məşğul olan ailə təsərrüfatlarında inəklərə zoobaytar qaydalarına uyğun qulluq edilməsi, süd istehsalının artırılması, süd məhsullarının hazırlanma texnologiyası və ənənəvi süd məhsullarının istehsalının təbliğ edilməsinin əhəmiyyəti” mövzusunda çıxış edib.
Əyyub Abdullayev bildirib ki, Azərbaycan mətbəxində inək, camış, qoyun və keçi südündən geniş istifadə olunur. Onların tərkibində bioloji aktiv maddələrin nisbəti müxtəlifdir. Südün tərkibi heyvanın növündən, cinsindən, yemindən, sağım dövründən, saxlanma şəraitindən və bir çox başqa amillərdən asılıdır. Mal-qaraya düzgün qulluq göstərildikdə, zoobaytar və gigiyenik qaydalara vaxtlı-vaxtında əməl edildikdə onlardan alınan südün keyfiyyəti və məhsuldarlığı da yüksək olur. Odur ki, mal-qara ilboyu lazımi qayğı ilə əhatə olunmalı, mütərəqqi metodlara üstünlük verilməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin aparıcı mütəxəssisi Lalə Məmmədli süd sağımında sanitariya qaydalarına düzgün əməl edilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov isə ailə təsərrüfatlarına göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyətindən bəhs edib.
Ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.


M.FƏRƏCOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30