SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb
24-08-2019, 16:30

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi istehsalı 5,1% artaraq 14 183,2 mln. kVt/saat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmtəəlik elektrik enerjisi istehsalının payı isə 13 685,2 mln. kVt/saat olub. Əmtəəlik istehsalın həcmi ötən ilin müvafiq dövründən 5,3% çox olub.

İstehsal edilən elektrik enerjisinin 1 040,3 mln. kVt/saatı su elektrik stansiyalarının, 12 548,1 mln. kVt/saatı istilik elektrik stansiyalarının, 71,1 mln. kVt/saatı küləklə işləyən stansiyaların, 25,7 mln. kVt/saatı günəş enerjisi ilə işləyən stansiyaların istehsalının payına düşüb.

Su elektrik stansiyalarının istehsalı ötən ilin müvafiq dövründən 12% az, istilik elektrik stansiyalarının istehsalı 6,6%, külək stansiyalarının istehsalı 5 dəfə, günəş stansiyalarının istehsalı 9,8% çox olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30