SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Şahdəniz” qazının ixracı 35% artıb

“Şahdəniz” qazının ixracı 35% artıb
20-08-2019, 11:30

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 999,6 mln. kubmetr qaz nəql edilib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% artım müşahidə olunub.

Hesabat dövründə qazın nəqlinin 36,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 811,8 mln. kubmetr qaz ötürülüb. Bu ilin yeddi ayl ərzində bu kəmərlə ötürülən qazın həcmi ötən ilin müvafiq dövründən 34,8% çox olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30