SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazirlik: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

Nazirlik: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20-08-2019, 10:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazirlikdəki Komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.

Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11 403 şəhidin 16 949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30