SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb
19-08-2019, 12:49

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 116 447,3 ton neft və neft məhsulları idxal edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının ümumi dəyəri 64 mln. 186,7 min dollar təşkil edib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından 21 623, 2 ton və ya 22,8%, dəyər baxımından 10,7% çoxdur.

Ötən ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 57 mln. 977,9 min dollar dəyərində 94 824,1 ton neft və neft məhsulları idxal edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031