SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb

Sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
19-08-2019, 10:00

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə vətəndaşlara ödənilən təqaüd və sosial müavinətlərin məbləğləri artırılır, yeni təqaüdlər təsis edilir.

Naxçıvan MR ƏƏSMN-nin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə cari ilin aprel ayından etibarən sosial müavinətlər və təqaüdlərin məbləği artırılıb. İnsanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu artım muxtar respublikamızda yaşayan sosial qayğıya ehtiyacı olan şəxsləri də sevindirib.

Qeyd edək ki, sosial müavinətlərin artımı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli fərmanı ilə, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Artıq, muxtar respublikada sözügedən təqaüdün ödənilməsinə başlanılıb. Əlavə edək ki, Aprel ayının ilk günündən hesablanmaqla ödənilən Prezident təqaüdü bugünədək muxtar respublikada 1642 nəfər sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşları əhatə edib. Təbii ki, həyata keçirilən bütün bu tədbirlər əhalinin sosial müdafiəsinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031