SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda pensiya hüququ yaranmış 143 vətəndaşa əmək pensiyası təyin edilib

Naxçıvanda pensiya hüququ yaranmış 143 vətəndaşa əmək pensiyası təyin edilib
Dün, 15:09

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu iyul ayında da nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmiş, əmək pensiyaçılarına pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə tələb olunan 11 milyon 753 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılıb. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmiş, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 242 min manat vəsait köçürülüb.
Ötən ay müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 7 milyon 266 min manat vəsait daxil olmuş, pensiya hüququ yaranmış 143 vətəndaşa əmək pensiyası təyin edilib.
Fondun aparatına və yerli orqanlarına müraciət edən vətəndaşlarla iş diqqət mərkəzində saxlanılmış, onların tələbləri araşdırılmış və qanunamüvafiq həll edilib.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031