SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Toxum Fondunun zavodlarında 1 000 ton toxum emal olunub

Dövlət Toxum Fondunun zavodlarında 1 000 ton toxum emal olunub
14-08-2019, 14:40

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında 1 ay ərzində 1 000 ton yerli və xarici toxum emal olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 5000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.

Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.

Qeyd edək ki, hazırda zavodlarda emal prosesi davam edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031