SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan avtomobil idxalını 2 dəfə artırıb

Azərbaycan avtomobil idxalını 2 dəfə artırıb
14-08-2019, 12:20

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 22 974 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 274 ədəd və ya 1,96 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 70 ədəd və ya 2,01 dəfə artaraq 139 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 10 398 ədəd və ya 1,99 dəfə artaraq 20 800 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 786 ədəd və ya 67,93 artaraq 1 943 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 ədəd və ya 27,78% artaraq 92 ədəd olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031