SON DƏQİQƏ

naxcivanxeberleri.com

Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib

Putin
13-08-2019, 14:20

Hazırda Rusiya "Lokomotiv"inə rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin Aleksandr Nevski ordeni ilə təltif olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb. 72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. Aleksandr Nevski ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir.

Qeyd edək ki, Aleksandr Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031