SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu ilin I yarısında Rusiyadan Azərbaycana 350-dən çox səfər olub

Bu ilin I yarısında Rusiyadan Azərbaycana 350-dən çox səfər olub
13-08-2019, 13:10

Bu ilin yanvar-iyun aylarından Rusiyadan Azərbaycana 352,8 min nəfər səfər edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, 6 ay ərzində rusiyalılar xaricə 21,2 milyon dəfə səfər ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Rusiya vətəndaşları ən çox Türkiyə və Finlandiyaya gedib. Belə ki, son 1 ildə Türkiyəyə səfərlər 16% artaraq 2,74 milyona, Finlandiyaya səfərlər isə 5% artaraq 1,8 milyona çatıb.

Hesabat dövründə Rusiyadan Qazaxıstana 1,5 milyon (+7,3%), Çinə 1,2 milyon (+16%), Ukraynaya 1,08 milyon (-1%) dəfə səfər reallaşdırılır. Sonrakı yerləri Estoniya (886,2 min), Almaniya (686,2 min), Tayland (686,6 min) və Gürcüstan (657,2 min) tutub.

II populyar ölkələrin onluğunda isə İtaliya (636,7 min), Polşa (549 min) və Birləşmiş Ərəb Əmirlikləri (517,3 min) gəlir. Sonrakı yerləri İspaniya (461,7 min), Kipr (361 min), Azərbaycan (352,8 min), Litva (339,6 min), Vyetnam (314 min), Fransa (275,3 min), Yunanıstan (275 min) və Çexiya (267,7 min) kimi ölkələr tutub.

Bu ilin ilk 6 ayında səfərlərdə ən ciddi artım Gürcüstan (+29%) və Özbəkistan (+40%) istiqamətlərində qeydə alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031