SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının dəyəri açıqlanıb

Bakıda sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının dəyəri açıqlanıb
11-08-2019, 17:00

2019-cu ilin yanvar-iyun aylarında Bakıda istehsal olunan mal və xidmətlərin həcmi 19,9 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Hesabatda deyilir: "Sənaye istehsalının 81,3 faizi mədənçıxarma sənayesində, 16,7 faizi emal sektorunda, 1,5 faizi elektrik enerjisi istehsalında, 0,5 faizi tullantıların təmizlənməsi və təkrar emal sektorunda reallaşıb"

Qeyd olunur ki, sənayedə özəl sektorun payı 83,9 faiz, ümumi məhsul istehsalında 88,9 faiz, sənaye xidmətlərinin payı 11,1 faiz təşkil edib.

"İstehsal olunan məhsulların əksəriyyəti əvvəlki dövrlərdə yaradılan ehtiyatlar nəzərə alınmaqla istehlakçılara göndərilib. 1 iyul 2019-cu il tarixinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatları 253,3 milyon manat təşkil edib" deyə məlumatda bildirilir.

Statistikaya görə, sənaye müəssisələrinin anbarlarında başqa məhsullar da var - digər müəssisələrdən alınan və satış üçün nəzərdə tutulmuş 53.8 milyon manat məbləğində.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31