SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda şərab istehsalı artacaq

Azərbaycanda şərab istehsalı artacaq
4-08-2019, 15:00

Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan “Azgranata” şirkəti bu ilin sonunadək istehsal həcmini genişləndirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Bu barədə şirkətdən deyiblər. Mənbənin sözlərinə görə, hazırda müəssisədə bir neçə növ şərab məhsulu, o cümlədən 3 növ spirtsiz şərab istehsal olunur:

“Daxili bazarda bizim məhsulumuza böyük tələbat var, satış həcmləri ildən-ilə artır. Bu ilin əvvəlindən satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15-20 faiz artıb, 2017-ci illə müqayisədə isə artım 25 faiz təşkil edib”.

Şirkətdən bildiriblər ki, planlara ixrac tədarükünün artırılması da daxildir:

“Biz Rusiyaya şərab məhsulunun ixracını artırmağı planlaşdırırıq, çünki bu bazarda böyük tələbat var. İlk növbədə, söhbət quru marka şərabların ixracından gedir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031