SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda elektrik enerjisinin istehsalı və ixracı artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı və ixracı artıb
2-08-2019, 18:12

Ötən ilin eyni ayı ilə müqayisədə elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, cari ilin iyulunda 2,13 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib, bu da keçən ilin müvafiq ayına görə 50 milyon kilovat/saat və ya 2,4 faiz çoxdur.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, keçən ilin iyul ayı ilə müqayisədə qonşu ölkələrə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.

Bunun isə əsas səbəbi ötən ilin iyulunda enerji sistemində qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması, qonşu dövlətlərə, xüsusilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib.

Belə ki, ötən ilin iyulunda qonşu dövlətlərə 10,4 milyon kilovat/saat elektrik enerjisi ixrac edildiyi halda, bu il eyni ayında 101,8 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30