SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan elektrik enerjisinin istehsalını və ixracını xeyli artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını və ixracını xeyli artırıb
2-08-2019, 16:45

2019-cu ilin iyul ayında 2,13 mlrd kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4% çoxdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

Məlumata görə, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. Bunun isə əsas səbəbi ötən ilin iyul ayında enerjisistemdə qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib.

Belə ki, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 milyon kVts elektrik enerjisi ixrac edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930