SON DƏQİQƏ

naxcivanxeberleri.com

Son illərdə ölkədə baramaçılıq xeyli genişlənib

Son illərdə ölkədə baramaçılıq xeyli genişlənib
1-08-2019, 22:39

Son illərdə ölkədə baramaçılıq xeyli genişlənib. Hətta elə rayonlar var ki, təhvil verilən baramanın həcmi 3 il əvvəllə müqayisədə 11 dəfədən çox artıb. Kümçülər deyirlər ki, bunun sayəsində xeyli insan işlə də təmin olunub.

Son illərdə ölkədə baramaçılığı maraq xeyli artıb….

Zərdab barama tədarükünə görə son üç ildə respublika üzrə ən yüksək göstəricilərə malik rayon hesab edilir. 2016-cı ildə bu rayonda 5710 kq barama tədarük olunduğu halda 2019-cu ildə bu göstərici 11 dəfə artaraq 65 tondan çox olub. Bu il ilk dəfə olaraq yay mövsümündə Çindən həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə ikinci dəfə 300 qutu barama qurdu gətirilərək kümçülərə paylanılıb. Bunun nəticəsində yay mövsümündə də əlavə 10 tondan artıq barama əldə edilib. Kümçülərin sözlərinə görə, son illərdə baramanın qiymətinin artması və bu sahəyə subsidiyaların ayrılması baramaçılığa marağı xeyli artırıb.

Kümçülər deyirlər ki, baramaçılıqla məşğul olmaq az vaxt tələb etdiyindən çox sərfəli və gəlirli sahədir. Bu həm də xeyli insanın işlə təmin edilməsi deməkdir.

Yüksək məhsuldarlıq münasibətilə rayonda barama bayramı da keçirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031