SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb
29-07-2019, 17:10

“Yapı Kredi Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 408,917 milyon manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 0,5% çoxdur.

“Yapı Kredi Bank Azərbaycan”ın aktivlərinin 123,629 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 1,3% azalaraq 328,287 milyon manata, o cümlədən depozit portfeli 2,8% azalaraq 298,628 milyon manata düşüb, cəmi kapitalı isə 8,4% artaraq 80,63 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat gəlirləri 23,662 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 6,9% az), əməliyyat xərcləri 15,864 milyon manat (10,8% az), xüsusi ehtiyatlara ayırmaları 3,463 milyon manat (38,5% az), gözlənilməz gəlirləri 145 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 1,096 milyon manat (80% çox) təşkil edib. Son nəticədə Bank I yarımili 3,384 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 2,4 dəfə çoxdur.

Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031