SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda hotellərin gəlirləri 12 faiz artıb

Azərbaycanda hotellərin gəlirləri 12 faiz artıb
29-07-2019, 10:00

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 187,7 milyon manat olub ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən olub. Gəlirlərin 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil edib.

Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930