SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Şöhrəti ölkə sərhədlərini aşan su – SİRAB

Şöhrəti ölkə sərhədlərini aşan su – SİRAB
27-07-2019, 10:20

Tanrı muxtar respublikamıza hər cür nemət bəxş etmişdir. İstər təbii halda yaranan floramızın kəklikotusu, nanəsi, çaşırı, baldırğanı, neçə-neçə bitkisi, istərsə də bağ-bostanlarımızda becərilən, başqa yerlərə nəsib olmayan, yüksək Günəş enerjisindən bəhrələnən meyvə və tərəvəzlərimiz ölkəmizdə və onun hüdudlarında əl-əl axtarılır. Muxtar respublikamızın mineral sərvətləri,o cümlədən, mineral suları da Tanrının bəxş etdiyi əvəzedilməz nemətlərdəndir.Yerin dərin qatlarından süzülüb çıxan, tükənməz sərvət sayılan çoxsaylı mineral sularımız şöhrəti ilə bərabər ölkəmizə böyük iqtisadi gəlir də gətirir.
Yolumuzu Sirab kəndində fəaliyyət göstərən “Sirab” Açıq Səhmdar Cəmiyyətinə saldıq. Zavodun hündür hasarına səliqə ilə çəkilən yaşıl boya sanki bahar, bolluq rəmzidir. Zavodun darvazasının yanındakı böyük meydançada bir neçə qoşqulu yük maşını növbə gözləyirdi. Zavodun icraçı direktoru Zülfü Hüseynovla görüşüb müəssisənin yaranması, bu günə qədər keçdiyi inkişaf mərhələləri haqqında məlumat aldıq. Öyrəndik ki,mineral su ilk dəfə 1950-ci ildə “Sirab” adı ilə kustar formada doldurulmağa başlamışdır. İstehsal olunan az miqdar su o zaman çox da böyük olmayan Naxçıvan şəhər əhalisinə, eləcə də bir neçə ictimai-iaşə obyektinə satılırdı.Bəzi adamlar isə bulaqdan suyu butulkalara dolduraraq kustar üsulla ağzını bağlayır, Naxçıvan şəhərində fərdi satışa aparırdılar.Sirab mineral suyu süfrə suyu olmaqla yanaşı, həm də müalicə əhəmiyyəti vardır. Qan dövranını, tənəffüsü, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirə qovucu xassəsi olduğu üçün o vaxt yaxın yaşayış məntəqələrindən at-ulaqla gəlib su aparanlar da olurdu. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanıb və 1968-ci ildə Moskva Dövlət Ehtiyatları Komissiyasında təsdiq edilib. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilib.
1984-cü ildə zavodda yeni texnoloji avadanlıq tətbiq olunmaqla əlavə iki xətt quraşdırılaraq istehsal gücü 4,5 milyon butulka olub.
Ötən əsrin 90-cı illərinin dağıdıcılıq prosesi bu zavoda da təsirsiz ötüşmədi. Həmin dövrdə təzə butulka almaq mümkün olmadığı üçün dəfələrlə istifadə edilmiş butulkalar antisanitar vəziyyətdə yuyulur, heç bir keyfiyyət nəzarəti olmadan satışa çıxarılırdı.
2003-cü ildə Sirab Mineral Sudoldurma Zavodunun bazasında Açıq Səhmdar Cəmiyyəti yaradıldı. İstər binalar, istərsə də avadanlıqlar tamamilə yeniləndi. Yeni, dünya standartlarına cavab verəcək bir zavod, istehsal müəssisəsi yaradıldı. Bu gün 100-dən artıq insanın çalışdığı “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir.Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 20 növdən çox məhsul istehsal olunur.
Bu gün “Sirab”ın istehsalında ən müasir texnologiyalardan istifadə olunur. Su 114 millimetrlik paslanmayan boru ilə mənbədən zavoda gətirilir. İlkin mərhələdə suda olan iri hissəcikləri ayırmaq üçün o, mexaniki filtrdən keçirilərək 50 tonluq çənlərə doldurulur. Sonra 25 mikron qum filtrindən süzülərək emallı ehtiyat su çənlərinə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək və onun bir neçə saat ərzində olsa da, dincə qoyulması üçündür. Əsasən, istehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Burada su 4-8 dərəcədə soyudulur, sonra istehsal sexlərinə verilir. Bu sexlərdə mineral su qablaşdırılmadan öncə bir neçə vacib mərhələdən keçir. Belə ki, ilkin olaraq 1 mikron filtrlərdən süzülür. Doldurulmadan öncə mineral su karbon dioksidlə qazlaşdırılır. Məhz mineral su karbon dioksid qazını rahat və lazımi miqdarda qəbul etsin deyə 4-6 dərəcəyədək soyudulur.Bu prosesdə məqsəd qablaşdırılan məhsulun saxlama müddətinin artırılması və mineral duzların çökmə ehtimalının qarşısını almaqdır.Bütün bu proseslərdən sonra mineral su lazımi çeşidlərdə qablaşdırılaraq paketlənib satış bazarlarına çıxarılır.
Plastik butulkalar zavodun özündə hazırlanır.Butulka şişirdildikdən sonra yuyulur, doldurulub ağzı bağlanır, nəzarət ekranından keçir, üzərinə istehsal və son istifadə tarixi vurulur. Hazır məhsul paketlənərək satışa göndərilir.Su plastik və şüşə butulkalara doldurulur. Qazlı su 0.5 litr, 1 litr, 1.5 litrlik plastik qablara doldurulur. Qazsız su isə həm bir dəfəlik istifadə, həm də ailədə, təşkilatlarda istifadə üçün müxtəlif tutumlu qablara doldurulur.
Artıq isti yay günlərini yaşayırıq. Belə olan halda “Sirab” mineral süfrə suyuna da tələbat artır. Zavod həm muxtar respublika, həm də Azərbaycanın digər bölgələrində əhalini su ilə təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçmiş, mövsümi olaraq əlavə işçi qüvvəsi götürüblər.Haliyədə zavodda 178 nəfər işçi vardır ki, bunun da 90 faizi Sirab kəndinin sakinləridir. Qeyd edək ki, istehsal olunan su təkcə ölkə daxilində satılmayıb xarici ölkələrə də ixrac edilir. Rusiya Federasiyasına, qardaş Türkiyəyə, Küveyt, Qətər, Ukrayna, Baltikyanı ölkələrə də göndərilir. Öyrəndik ki, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində istehsal prosesi İSO standartlarında keyfiyyətli idarəetmə sisteminin tələblərinə uyğun şəkildə idarə edildiyi üçün müəssisə Almaniyanın “İQNET” və “DQS” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 9001-2015 və İSO 22000-2005 standartlarına uyğunlu­ğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu da “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi olmaqla yanaşı, həm də onun Avropa bazarına girişini təmin edir. Hər damlasında həyat olan Sirab suyu ölkə sərhədlərini aşaraq xarici ölkələrdə də insanlara həyat bəxş edir.
Qeyd edək ki,zavodda cari ilin altı ayı ərzində 6050708 manat dəyərində məhsul istehsal edilmişdir.Bu isə muxtar respublika iqtisadiyyatına böyük töhfədir.

Zaleh NOVRUZOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30