SON DƏQİQƏ

naxcivanxeberleri.com

AFFA baş katibinin müavini növbəti təyinatını alıb

AFFA baş katibinin müavini növbəti təyinatını alıb
21-07-2019, 21:55

AFFA baş katibinin müavini Sərxan Hacıyev növbəti təyinat alıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Hacıyev Macarıstanda "Fehervar" və Lixtenşteyn "Vaduts"u arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Görüşü Kay Erik Stinin rəhbərliyi altında norveçli hakimlər briqadası idarə edəcək. Hakim-inspektor isə rusiyalı Nikolay İvanov olacaq. İyulun 25-də Felçut şəhərindəki "Panço Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Sabiq FIFA referisi Asim Xudiyev isə Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq. Xuidyev həmin gün yerli "Lokomotiv" və "Slovakiyanın "Spartak" (Trnava) komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. O, kiprli Timofeos Kristofinin rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə macarıstanlı Robert Kispal olacaq. İyulun 25-də Plovdivdəki "Lokomotiv" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031