SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahibkarlıq zəmilərindən bol taxıl yığılır

Sahibkarlıq  zəmilərindən bol taxıl yığılır
20-07-2019, 15:50

Süfrələrimizi öz istehsalımız olan buğda unundan bişirilən çörəklə təchiz etmək üçün son illər həyata keçirilən tədbilər bu sahədə yüksək nailiyyətlər qazanılmasına şərait yaradır. Artıq cari ilin taxıl tədarükü davam edir. Mövsümün uğurla başa vurulması, yetişdirilən məhsulun itkisiz yığılması üçün həyata keçirilən tədbirlər qənaətləndiricidir. Bu prosesdə torpaq mülkiyyətçilərinin, fermer və sahibkarların da fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Qeyd edək ki, taxılçılıqla məşğul olan fermer və sahibkarlar hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Hər təsərrüfat ilində keyfiyyətli toxum sortları ilə təchiz olunurlar, taxılçılığın inkişaf etdirilməsi üçün onlara hərtərəfli köməkliklər göstərilir. Yeri gəlmişkən, hazırda rayonumuzda toxumçuluq təsərrüfatı yaradan sahibkarlar da az deyil. Qəzetimizin əməkdaşı taxılçılıqla məşğul olan bir neçə sahibkarla görüşmüşdür. Onların ürək sözləri:
Faiq Ağayev, Düdəngə kəndi:
-- Bir neçə ildir ki, taxılçılıqla məşğul oluram. Hər il də yüksək gəlir əldə edirəm. Bunun da başlıca səbəbini ilk olaraq hərtərəfli dövlət qayğısında görürəm. İlk növbədə onu deyim ki, məhz belə qayğı hesabına əvvəllər mövcud olan problemlər tamamilə aradan qaldırılıb. Bu səbəbdəndir ki, rayonumuzun kənd yaşayış məntəqələrinin ərazisində bütün torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Torpağın böyük hissəsi taxıl istehsalı üçün ayrılıb. Taxılçılığa marağın artması isə təbiidir - özümüzün bu qədər imkanlarımız və şəraitimiz ola-ola, nə üçün başqa yerlərdən taxıl alaq?
Ötən ilin payızında 25 hektar sahədə taxıl əkmişəm. Əkin zamanı təcrübədə sınaqdan çıxmış məhsuldar toxum sortlarından istifadə etmişəm. Ölkə Prezidentinin sərəncamı ilə torpaq mülkiyyətçiləri üçün müəyyən olunmuş yardımları da almışam. Becərmə tədbirlərini vaxtlı-vaxtında aparmışam. Ona görə də bu ilki məhsuldarlıq ötən ildəkindən yuxarıdır.
Kamil İsmayılov, Zeyvə kəndi:
-- Ötən il 18 hektar sahədən taxıl götürmüşəm. Məhsuldarlıq da nəzəçarpan idi. Ailənin tələbatı və toxumluq üçün məhsul ayırdıqdan sonra, yerdə qalan taxılı sərfəli qiymətə satdım.
Bu ilin məhsulu üçün isə ötən payızda isə 20 hektar sahəyə buğda toxumu səpmişdik. Artıq biçini başa çatdırmış və hektardan orta hesabla 38 sentner məhsul yığmışıq. Əkin və becərmə dövründə dövlət yardımlarından da yetərincə bəhrələnmişik. İstehsal etdiyimiz məhsul hesabına ailəmizin firəvan dolanışığını təmin etmişik.
Elçin Bayramov, Siyaqut kəndi:
-- Kəndimizin torpaqları taxılçılıq üçün xeyli əlverişlidir. Odur ki, bu sahə ilə məşğul olanların zəhməti hədər getmir. Bu il də uğurlu gəlib, sahələrdə bol məhsul yetişdirmiş, bu əvəzsiz sərvətin vaxtında və itkisiz yığılması üçün hazırlıq tədbirləri görmüşdük. Bu il 2 hektar sahədə bol məhsul yetişdirmişdik. Biçin mütəşəkkil və optimal müddətdə keçirildiyindən çəkdiyimiz zəhmət hədər getməyib, hektardan 40 sentnerdən artıq buğda götürmüşük.

«Şərurun səsi» qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031